Azərbaycanlı gənclər beynəlxalq sərgidə bürünc qazandı
Azərbaycanlı gənc ixtiraçılar, Leyla Əliyeva və Nərgiz Əliyeva, Çinin Quançjou şəhərində keçirilən 12-ci Beynəlxalq İxtiralar Sərgisində böyük uğur əldə ediblər. Onlar, 30-dan çox ölkənin iştirak etdiyi və 3700-dən artıq ixtira və innovativ layihənin təqdim edildiyi bu mötəbər tədbirdə, WAIR adlı layihələri ilə III yerin qalibi olaraq bürünc medala layiq görülüblər.
Minval.info xəbər verir ki, gənc ixtiraçılar həmçinin Çin İxtiraçılar Assosiasiyasının sertifikatı ilə təltif olunublar. Bundan əlavə, Leyla və Nərgiz Xorvatiya İxtiraçılar Birliyinin xüsusi ARCA Medal mükafatına da layiq görülüblər.
WAIR layihəsi atmosfer havasındakı nəmdən su əldə edilməsinə yönəlmiş innovativ bir təşəbbüsdür. Layihənin prototipi soyutma və kondensasiya prinsipi əsasında işləyir və su ehtiyatlarının məhdud olduğu ərazilərdə tətbiq oluna bilər. Layihənin mentorları Sevinc Əliyeva və Ömər Ələsgərovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026