Azərbaycanlı gənc atletdən Avropada üç qızıl uğur
Azərbaycanın gənc ağırlıqqaldıranı Musab Məmmədtağıyev, Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində böyük uğura imza atıb. O, yarışda üç qızıl medal qazanaraq ölkəmizi fəxrlə təmsil edib.
Minval.info xəbər verir ki, Musab Məmmədtağıyev birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıraraq birinci yeri tutub. 70 kq çəki dərəcəsində yarışan atlet, təkanla qaldırma hərəkətində 145 kq ağırlığın öhdəsindən gələrək ikinci qızıl medalını qazanıb.
İki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev, ümumilikdə Avropa birinciliyinin qızıl medalına sahib olub. O, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq fərqlə qabaqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026