Azərbaycanın ilk antivirus proqramı hazırlanır
Xüsusi dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə Və İnformasiyaTəhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilk antivirus proqramının hazırlanması üzrə işlərin birinci mərhələsini başa çatdırıb.
Bu barədə Trend-ə CERT-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, proqram “Team Cymru” tərəfindən həyata keçirilən zərərli proqramlar bazası üzrə axtarış və digər funksiyalarla təmin olunub: “Layihə üzərində iş nəzərdə tutulduğundan daha çətin alındı. Artıq birinci mərhələ başa çatıb. Amma proqramın beta versiyasını təqdim etmək üçün bir qədər vaxt tələb olunacaq”.
Qeyd edək ki, zərərli kompüter proqramlarının çoxfunksiyalı təhlili proqramı (Multifunctional Analysis Program – MAP) üzərində iş 2015-ci ildən başlayıb. Proqramın interfeysi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində olacaq. Antivirus proqramının yaradılması CERT-in prioritet planlarından biridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib