05.08.2026 - 15:37
Ölkə
67 baxış
Azərbaycanın cüdo ümidləri ekvadorda: 14 yeniyetmə dünya çempionluğuna iddialıdır
Azərbaycan, Ekvadorun Quayakil şəhərində baş tutacaq yeniyetmələr arasında dünya cüdo çempionatında 14 idmançı ilə iştirak edəcək.
Minval.info xəbər verir ki, avqustun 20-dən 23-dək davam edəcək bu mötəbər yarışda ölkəmizi 10 oğlan və 4 qız cüdoçu təmsil edəcək. Bu idmançılara yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qeyd etmək lazımdır ki, dünya çempionatında ümumilikdə 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
04.10.2026 - 13:21
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
04.10.2026 - 09:30
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
03.10.2026 - 19:09
Bakıda sabah yağış yağacağı ehtimalı var
03.10.2026 - 13:05
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
03.10.2026 - 10:59
Şahdağda qar yağışı qeydə alınıb
03.10.2026 - 09:56
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
02.10.2026 - 17:01
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
02.10.2026 - 15:58