Azərbaycanda zəlzələ riski: Seysmik vəziyyət nəzarətdədir?
Azərbaycanda seysmik vəziyyət daimi nəzarət altındadır və hazırda ölkə ərazisində narahatlıq doğuran hər hansı seysmik aktivlik müşahidə edilmir. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, ölkə ərazisində yerləşən seysmik stansiyalar şəbəkəsi və Monitorinq Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir. Azərbaycanda seysmoloji, geofiziki, geokimyəvi və geodinamik istiqamətlər üzrə kompleks tədqiqatlar aparılır və əldə olunan nəticələr əsasında mövcud seysmik vəziyyət əvvəlki dövrlərlə müqayisə edilir.
Minval.info xəbər verir ki, Azərbaycan və ümumilikdə Cənubi Qafqaz seysmik cəhətdən aktiv bölgədə yerləşir. Ölkə ərazisində vaxtaşırı 3 və daha yuxarı maqnitudalı zəlzələlər qeydə alınır. Maqnitudası 1-2 olan çoxsaylı xırda təkanlar isə müasir cihazlar vasitəsilə müəyyən edilir. Şöbə müdiri bildirib ki, Azərbaycanda seysmik baxımdan ən aktiv ərazilərdən biri Xəzər dənizi, eləcə də Şamaxı-İsmayıllı zonasıdır.
Tarix boyu Azərbaycanda güclü və dağıdıcı zəlzələlər baş verib. Ölkədə 427-ci ildən etibarən zəlzələlərlə bağlı məlumatların toplandığı kataloqlar mövcuddur. Son böyük dağıdıcı zəlzələlərdən biri 1902-ci ildə Şamaxıda qeydə alınıb. Lakin seysmologiyada zəlzələlərin dəqiq proqnozlaşdırılması hələ də mümkün deyil. Hazırda Azərbaycanda narahatlıq doğuran hər hansı seysmik aktivlik müşahidə olunmur və maqnitudası 3-5-dən yuxarı olan təkanlar qeydə alınacağı halda ictimaiyyətə mütəmadi məlumat verilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bağça uşağında psixotrop dərman şoku!
31 dərəcə isti olacaq
Lamiyə Ələkbərova TMB kanalında yeni vəzifədə!
Pensiya artdı: Sosial rifah üçün yetərlidirmi?
Ermənistan məhsulları ilk dəfə Azərbaycan bazarında
Sentyabrın 2-də ölkə ərazisində isti hava gözlənilir
Balıq ovu mövsümü başladı: Qaydalara əməl edin!