Azərbaycanda tranzit daşımalarında tarixi rekord: 2026-cı ilin ilk yeddi ayında 9,1 milyon ton!
Azərbaycanda tranzit daşımalarının həcmi son beş ilin ən yüksək səviyyəsinə çatıb. 2026-cı ilin ilk yeddi ayında tranzit yüklərin həcmi 9,1 milyon tonu keçib.
Minval.info xəbər verir ki, bu artım Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və son illərdə həyata keçirilən iri infrastruktur layihələrinin nəticəsidir. Ötən ilin eyni dövrü ilə müqayisədə tranzit daşımalarının həcmi 11,6 faiz artıb. Xüsusilə, Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqamətində isə 14,3 faiz artım müşahidə olunub.
Bu nəticələr Azərbaycanın nəqliyyat və logistika sahəsindəki islahatlarının, rəqəmsallaşma və infrastrukturun modernləşdirilməsi tədbirlərinin, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinin təsirini göstərir. Eyni zamanda, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyini və rəqabət qabiliyyətini artırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026