Azərbaycanda sənaye zonaları: 7,2 milyard manatlıq sərmayə ilə iqtisadi inkişafa doğru böyük addım
Azərbaycanda sənaye zonalarına yatırılan investisiyaların həcmi 7,2 milyard manatı keçib. Bu məlumat İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən açıqlanıb.
Minval.info xəbər verir ki, bu zonalarda sahibkarlar tərəfindən 20,9 milyard manat dəyərində məhsul istehsal olunaraq satılıb və bu məhsulların 6,7 milyard manatdan çoxu ixrac edilib. Hazırda ölkədə 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsi fəaliyyət göstərir ki, burada sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb. Bu zonalarda 11,200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin həyata keçirilməsinə dəstək verilib.
Sənaye zonalarında ümumilikdə 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib, bu da ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026