Azərbaycanda əcnəbilər üçün yeni xəbərdarlıq: 15 gün qaydasına riayət etməyənləri nə gözləyir?
Son zamanlar Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması ilə bağlı qanun pozuntularının artdığı müşahidə edilir.
Minval.info xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Məlumata görə, Miqrasiya Məcəlləsinə əsasən, ölkədə 15 gündən artıq müvəqqəti qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyata alınmalıdırlar.
DMX, Azərbaycanda 15 gündən artıq qalan əcnəbiləri və onları qəbul edən tərəfləri miqrasiya qanunvericiliyinə riayət etməyə çağırır. Qeydiyyat üçün qəbul edən tərəf, əcnəbinin ölkəyə gəldiyi vaxtdan etibarən 15 gün ərzində müvafiq ərizə-anketi və pasportun surətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
ƏLAQƏLİ
Dollar sabit qalsa da, avro və rubl ucuzlaşır: Valyuta bazarında son durum
Qeyd edək ki, əcnəbilərin qeydiyyatı üçün dövlət rüsumu tələb olunmur. Müddətində qeydiyyata alınmama halları isə inzibati məsuliyyətə səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit qalsa da, avro və rubl ucuzlaşır: Valyuta bazarında son durum
Bakıda "audi"nin qeyri-adi səyahəti: Neft quyusunda macəra!
Bakıda ictimai nəqliyyatda ekoloji inqilab: Yeni cng avtobuslar yola çıxır
Bakıdan Tərtərə: Elektrik kəsintiləri hansı əraziləri əhatə edəcək?
Bədən kirayəsi: Azərbaycanda surroqat anaların gizli dünyası
Daşınmaz əmlakda "əlimyandı" oyunu: Alıcılar necə aldanır?