Azərbaycanda ChatGPT və Zoom qiymətləri yüksələcəkmi?
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha üç beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
Minval.info xəbər verir ki, yeni qeydiyyata alınmış şirkətlər arasında Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləri yer alır. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bəs bu dəyişiklik istifadəçilərin ödədiyi məbləğlərə necə təsir edəcək? “ChatGPT”, “Zoom” və digər rəqəmsal xidmətlərin qiyməti arta bilərmi? Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezident rəqəmsal xidmət təchizatçıları tərəfindən istifadəçilər üçün müəyyən edilən xidmət haqları şirkətlərin daxili qiymət siyasəti əsasında formalaşdırılır. Bu baxımdan, sözügedən dəyişikliklərin istifadəçilərin ödədiyi məbləğlərə mümkün təsiri hər bir şirkətin daxili qiymət siyasətindən asılı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026