Azərbaycan voleybolçuları Rumıniya ilə vacib oyunda qarşılaşır
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi, Bakıda keçirilən Avropa çempionatının C qrupunda bu gün növbəti matçını oynayacaq. Komandamızın baş məşqçisi Faiq Qarayevin rəhbərliyi altında millimiz Rumıniya ilə qarşılaşacaq.
Minval.info xəbər verir ki, qarşılaşma Milli Gimnastika Arenasında saat 18:30-da başlayacaq. Eyni qrupda yer alan Niderland və Portuqaliya yığmaları isə saat 15:30-da üz-üzə gələcəklər.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda davam edəcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika 5 xalla ikinci, Niderland isə 2 xalla üçüncü yerdədir. Rumıniya və İspaniya hərəyə 1 xalla 4-5-ci yerləri bölüşürlər. Portuqaliya isə xal toplaya bilməyərək sonuncu yerdədir.
Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026