Azərbaycan və Özbəkistan futbolu yeni mərhələdə!
Son illərdə Azərbaycan və Özbəkistan arasında idman sahəsində, xüsusilə futbol üzrə əməkdaşlıq yeni və daha yüksək mərhələyə qədəm qoyur. Bu iki qardaş ölkə arasında belə qarşılıqlı əlaqələrin şahidi olmaq sevindiricidir. Xüsusilə, FIFA-nın 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına məhz Özbəkistan və Azərbaycanın ev sahibliyi etməsi qərarı böyük əhəmiyyət daşıyır. Bu, hər iki ölkədə futbolun inkişafında mühüm addım olacaq.
Minval.info xəbər verir ki, bu fikirləri Özbəkistan millisinin və “Neftçi”nin sabiq futbolçusu Bahodir Nəsimov bildirib. O, 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının hər iki ölkədə uşaq və yeniyetmə futbolunun inkişafına ciddi təkan verəcəyini vurğulayıb. “Eyni zamanda, futbol infrastrukturu da yeni mərhələyə yüksələcək,” – deyə o qeyd edib.
Bahodir Nəsimovun sözlərinə görə, U-20 dünya çempionatı Azərbaycan və Özbəkistan futbolu arasında yeni əməkdaşlıq imkanları yaradacaq. “Bu, hər iki ölkənin futbolu arasında ilk böyük körpü olacaq. Şübhə etmirəm ki, həm Bakı, həm də Daşkənd beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edəcək,” – deyə o əlavə edib.
Veteran futbolçu, həmçinin iki ölkənin klubları arasında futbolçu mübadiləsinin genişlənəcəyini vurğulayıb. “Əminəm ki, yaxın illərdə Azərbaycan çempionatında özbək legionerlərin sayı artacaq. Vaxtilə Azərbaycanda çıxış edərkən “Neftçi”nin heyətində böyük uğurlar qazandım. Bildiyimə görə, hazırda Umarali Raxmonaliyev də “Sabah”da inamlı çıxışı ilə diqqət çəkir. Buna görə də gələcəkdə Özbəkistan klublarında yüksəksəviyyəli azərbaycanlı legionerlərin meydana çıxmasına təəccüblənmərəm,” – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026