Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Azərbaycan və Çin arasında Xəzər dənizində mümkün enerji layihələri ilə bağlı müzakirələr aparılıb. Bu görüşdə neft-qaz sektoru və “yaşıl enerji” sahəsində potensial layihələr də müzakirə mövzusu olub. Görüşdə Azərbaycan Energetika naziri Pərviz Şahbazov və “China National Offshore Oil Corporation” (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang iştirak ediblər.
Minval.info xəbər verir ki, görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. Həmçinin, strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri müzakirə edilib. Mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026