17.08.2026 - 13:08
Ölkə 24 baxış

Azərbaycan səmalarında nadir an: Ay tutulmasını qaçırmayın!

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək və bu maraqlı kosmik hadisəni Azərbaycandan da izləmək mümkün olacaq.

Minval.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının verdiyi məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız müəyyən bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq.

Ayın bir tərəfi qaralacaq, digər tərəfi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması saat 05:23:55-də, qismən tutulma isə saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması isə saat 11:01:41-də sona çatacaq.

Sabah dəniz necə olacaq? ƏLAQƏLİ
Bunu da oxu

Sabah dəniz necə olacaq?

17.08.2026 - 15:37

Bu kosmik hadisə Avropa, Afrika, Asiya və Amerika qitələrindən görünəcək. Azərbaycanda isə yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə qədər, Ay batana qədər müşahidə etmək mümkün olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: