Azərbaycan səfirliyinin binasına “İskəndər” raketi düşdü
Rusiyanın Kiyevə gecə hücumu zamanı İskəndər raketinin parçaları Azərbaycan səfirliyinin binasına dəyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.
O qeyd edib ki, “İsgəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinə düşüb:
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Dünən gecədən bəri təcili yardım xidmətlərimiz Rusiya hücumlarının baş verdiyi yerlərdə işləyir. Hazırda uşaqlar və bir hamilə qadın da daxil olmaqla onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, dörd nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Hücumda təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aeroballistik raketlərdən istifadə edilib.
Bu, insanlara və mülki infrastruktura maksimum zərər vurmaq üçün hazırlanmış və qəsdən edilmiş hücum idi. Təkcə Kiyevdə onlarla yaşayış binasına ziyan dəyib. Azərbaycan səfirliyinə “İsgəndər” raketinin qəlpələri düşüb”.
Zelenski vurğulayıb ki, zərbənin əsas hədəfi Kiyev olub və zərbələr Kiyev, Xarkov və Odessa bölgələrinə də endirilib:
“İlkin məlumatlara görə, bu səhər Rusiya qüvvələri Sumı bölgəsində “Zirkon” raketindən istifadə edib. Daxili İşlər naziri İqor Klimenko artıq xilasetmə əməliyyatlarının gedişi barədə məlumat verib. Xalqımıza kömək edən hər kəsə təşəkkür edirəm. Hərbi Hava Qüvvələrinin komandanı Anatoli Krivonojko da hava hücumundan müdafiə əməliyyatlarımızın nəticələri barədə məlumat verib. Əsgərlərimizə effektiv cavab hərəkətlərinə görə təşəkkür edirəm”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı