Azərbaycan səfirliyinə təxribat: Kreml izi?
Rusiyada yerləşən Azərbaycan səfirliyinə qarşı həyata keçirilən təxribat hadisəsi ciddi narahatlıq doğurur və bu, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi bu insidenti qətiyyətlə qınayaraq, Rusiya rəsmi qurumlarından hadisə ilə bağlı dərhal araşdırma aparılmasını tələb edib.
Minval.info xəbər verir ki, politoloq Oqtay Qasımov bu hadisəni şərh edərkən, təxribatın Kremldən idarə olunduğunu və iki ölkə arasındakı münasibətləri gərginləşdirmək məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, son aylarda Rusiya mediasında Azərbaycana qarşı əks-təbliğat kampaniyası davam edir və Moskva Azərbaycanın müstəqil siyasətini qəbul etməkdə çətinlik çəkir.
Politoloq əlavə edib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətləri zəiflədir və Rusiya bu təxribatların davam etməsi halında Azərbaycanın daha da uzaqlaşacağını nəzərə almalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026