Azərbaycan qadın güləşçiləri dünya ikincisi oldu
Slovakiyanın paytaxtı Bratislavada keçirilən U20 dünya çempionatında Azərbaycan qadın güləşçiləri uğurla çıxış ediblər. Yarışın altıncı günündə 57 və 59 kq çəki dərəcələrində mübarizə aparan idmançılarımız gümüş medal qazanıblar.
Minval.info xəbər verir ki, Günay Qurbanova 57 kq çəki dərəcəsində finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. İlk hissədə üstünlük əldə edən Günay, fasilədən sonra rəqibin hücumlarına cavab verə bilməyib və 6:16 hesabı ilə məğlub olaraq dünya ikincisi olub.
59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova isə Sae Noquçi ilə qarşılaşıb. Gərgin keçən görüşdə Ruzanna 1:3 hesabı ilə məğlub olub və gümüş medalı qazanıb.
Bundan əlavə, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində yarışan Camal Abbasov təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə 5:11 hesabı ilə uduzub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026