Azərbaycan-Özbəkistan əməkdaşlığı: 1 milyardlıq hədəfi aşır!
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin genişlənməsi, iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, birgə istehsal və investisiya imkanlarının da genişlənməsinə səbəb ola bilər. Bu əlaqələr, mal və xidmətlərin alınıb-satılması mərhələsindən daha geniş əməkdaşlıq səviyyəsinə çatıb.
Minval.info xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, hazırda birgə istehsalın formalaşdırılması, investisiya fəaliyyəti, sənaye və kənd təsərrüfatı istehsalı üçün əlverişli şərait mövcuddur. Azərbaycanın maliyyə və sığorta xidmətləri, dəhliz infrastrukturunun inkişafı və Orta Asiya üçün Qərbə açılan qapı olması, Özbəkistanın isə vergi, gömrük və sənaye istehsalının sürətləndirilməsi sahəsindəki təcrübəsi, birgə istehsal sahələrinin yaradılmasına imkan verir.
Eldəniz Əmirov bildirir ki, iki ölkə arasında qarşılıqlı iqtisadi fəaliyyət üçün kifayət qədər hüquqi əsas və sınaqdan keçmiş əməkdaşlıq təcrübəsi mövcuddur. Azərbaycanın ən böyük iqtisadi qazancı yalnız tranzit daşımacılığı ilə məhdudlaşmır. Dəhlizlər, tranzit gəlirləri ilə yanaşı, yeni istehsal və xidmət sahələrinin, anbar infrastrukturunun, maliyyə və sığorta xidmətlərinin formalaşmasına şərait yaradır.
Ekspertin sözlərinə görə, Azərbaycan, Özbəkistanla birgə əməkdaşlıq çərçivəsində həm birgə dəyər yarada, həm də bu dəyəri ixrac edə bilər. Eyni zamanda Orta Asiyanın Qərbə, xüsusilə Şərqi Avropa və Avropaya açılması istiqamətində tranzit daşımalarının yaratdığı digər iqtisadi effektlərdən yararlanmaq mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əliyar Əliyev küçəsində avtobuslar niyə yoxa çıxdı?
Şəhərətrafı qatarların hərəkət cədvəli dəyişir!
Qazax-Ələt-Bakı yolunda təmir xaosu: Sürücülər narazı
Bakı yollarında bu gün sıxlıq yaşanır!
Lənkəranda ördək sahibindən ayrılmır!
Kredit borclarına güzəşt: Kimlər faydalana bilər?
Rövşən Əliyev küçəsi iki gün bağlı olacaq