Azərbaycan latın amerikası enerji bazarında: ARDNF-nin peru sərmayəsi ilə yeni dövr başlayır
Azərbaycan Dövlət Neft Fondu (ARDNF), qlobal infrastruktur investisiyaları sahəsində tanınmış “I Squared Capital” ilə əməkdaşlıq edərək, Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə sərmayə yatırıb.
Minval.info xəbər verir ki, bu ilin fevral ayında Kanadanın “Canada Pension Plan Investment Board” (CPPIB) “Inkia Energy”nin 50% payını “I Squared”dən alıb. Qalan 50% isə ARDNF-nin də iştirak etdiyi və “I Squared”in idarə etdiyi investisiya strukturu vasitəsilə əldə edilib.
“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət geniş portfelə malikdir. Şirkət, Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22%-ni təmin edən 2,6 QVt ümumi istehsal gücünə sahibdir. Eyni zamanda, şirkət 4 QVt-dan artıq bərpa olunan enerji layihələri ilə uzunmüddətli inkişaf planlarını genişləndirməyi hədəfləyir.
ARDNF-nin bu investisiyası, fondun Latın Amerikası bazarında coğrafi diversifikasiyasını artıraraq, elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlərə sərmayə portfelini gücləndirir. 1999-cu ildə yaradılan ARDNF, Azərbaycanın neft və qaz gəlirlərini toplayaraq, gələcək nəsillər üçün uzunmüddətli və dayanıqlı şəkildə idarə etməyi məqsəd qoyur.
“I Squared Capital”, 2012-ci ildə təsis edilmiş və 60 milyard ABŞ dollarından artıq aktivə sahib olan, qlobal infrastruktur investorudur. Şirkət enerji, nəqliyyat, rəqəmsal və sosial infrastruktur sahələrində geniş investisiya portfelinə malikdir və dünya üzrə milyonlarla insana mühüm xidmətlər göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026