Azərbaycan hava müdafiəsini gücləndirir: İranla gərginlik fonunda yeni addımlar
İranla bağlı artan hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə imkanlarını gücləndirməsinə səbəb olub.
Minval.info xəbər verir ki, Azərbaycan son illərdə hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə artırıb. Bu istiqamətdə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcısını silahlanmaya qəbul edib.
Müasir radarlar və uzaqmənzilli hava-hava raketləri ilə təchiz olunan bu təyyarələrin ölkənin hava qüvvələrinin döyüş imkanlarını artıracağı vurğulanır. Azərbaycan, həmçinin İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər vasitələr hesabına çoxqatlı müdafiə şəbəkəsi formalaşdırır.
İran-İsrail müharibəsi pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərin yaratdığı təhlükəni bir daha nümayiş etdirib və Bakı bu təcrübəni nəzərə alaraq hava məkanının müdafiəsini gücləndirmək qərarına gəlib. Azərbaycanın İranla uzun sərhədə malik olması və regionda təhlükəsizlik risklərinin artması fonunda hava məkanının etibarlı qorunması ölkə üçün əsas prioritetlərdən birinə çevrilib.
Yeni qırıcılar və müasir HHM sistemlərinin istismarı Azərbaycanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ölkənin Cənubi Qafqazda ən güclü hava müdafiə şəbəkələrindən birinə malik olmasına töhfə verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah hava 39 dərəcəyə çatacaq
Bakıda bəzi küçələrdə hərəkət məhdudiyyətləri tətbiq olunacaq
Yaponiyanın baş naziri Azərbaycana minnətdarlığını bildirdi
Bakıda bəzi yollar iki gün bağlı olacaq
Samir Şərifova yeni vəzifə verildi
Alı Alıyev yeni köməkçisini təyin etdi
Azərbaycanda sosial məzuniyyət kimlərə verilir?