25.08.2026 - 18:05
Ölkə 14 baxış

Azərbaycan çimərlik güləşi millisi beynəlxalq arenada

Azərbaycan çimərlik güləşi millisi iki nüfuzlu beynəlxalq yarışda iştirak edəcək. Bu yarışlarda ölkəmizi 37 güləşçi təmsil edəcək. Yarışlar 34 ölkədən 200-dən çox idmançının iştirakı ilə baş tutacaq.

Minval.info xəbər verir ki, 27 avqustda keçiriləcək U-17 dünya çempionatında Azərbaycanı 22 güləşçi təmsil edəcək. Oğlanlar arasında Əlirza Heybətli, Elcan Həsənov, Ömər Zeynalov (60 kq), Rəşad Əliyev, Rəşid Nəzərov, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev, Nihad Süleymanlı, Ömər Vəliyev (80 kq), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (90 kq) mübarizə aparacaq.

Qızlar arasında isə Gülnar Ağadadaşova, Nərgiz Adilova, Vəfa Orucova (45 kq), Ülviyyə Musayeva, Günel Kərimli, Nəzrin Əhmədli (55 kq), Fidan Babayeva, Rəna Nuriyeva, Mədinə Qasımova (65 kq) və Simurə Abdullayeva (75 kq) çıxış edəcək.

28-29 avqustda keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə 15 idmançımız iştirak edəcək. Kişilər arasında Rübail İbrahimli, İbrahim Musayev, İmamhüseyn Nəbiyev (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev, Cavid Niftəlizadə (80 kq), Əşrəf Aşırov, Ramiz Həsənov, Fərid Cabbarov (90 kq), Camal Feyziyev və Rəvan Musayev (+90 kq) mübarizə aparacaq. Qadınlar arasında isə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (70 kq) iştirak edəcək.

Yarışlar hər gün saat 10:00-da gündüz seansı, 16:00-da isə axşam seansı ilə başlayacaq. Turnir “Sea Breeze” istirahət mərkəzində, avqustun 27-dən 29-dək keçiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: