Avropa İttifaqı "Breksit" səbəbindən ildə 14 mlrd. avro itirəcək

Avropa İttifaqının (Aİ) ümumi büdcəsi “Breksit” səbəbindən ildə 14 mlrd. avro (16,5 mlrd. ABŞ dolları) itki ilə üzləşəcək. “Report” “Vestifinance.ru” saytına istinadən xəbər verir ki, bunu Aİ-nin büdcə məsələləri üzrə komissarı Günter Ettinger Brüsseldə keçirilən konfransda bildirib.
Qeyd edək ki, B.Britaniya Aİ-dən 2019-cu ilin mart ayında tamamilə ayrılacağını bildirsə də, 2020-ci ilə qədər Aİ büdcəsi qarşısında öhdəliklərinə əməl edəcəyi barədə niyyətini açıqlayıb. Belə ki, Aİ-nin illik büdcəsi çoxillik maliyyə planlarının tərkib hissəsidir və son dəfə qəbul olunan plan 2020-ci ilə qədər hesablanıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
G.Ettinger qeyd edib ki, Aİ-nin itirəcəyi vəsait səbəbindən növbəti 10 illik büdcənin planlaşdırılmasında problemlər yarana bilər: “Britaniya Aİ-nin büdcəsinə vəsait qoyan ikinci ən böyük üzvdür və o, ayrılır. Büdcədə yaranan “dəliyin” 50%-i Aİ-nin 27 digər üzvünün əlavə ödənişləri hesabına maliyyələşdiriləcək. Qalan 50% və ya 7 mlrd. avro (8,25 mlrd. dollar) isə büdcə xərclərinin azaldılması hesabına baş verəcək”.
Xatırladaq ki, “The Independent” qəzetinin keçirdiyi sorğuya əsasən, “Brexit” səsverməsi indi keçirilsə idi, britaniyalıların 51%-i Aİ tərkibində qalmaq istəyərdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda