Avqustun səmalarında qismən ay tutulması: Azərbaycanlılar nəyi izləyə biləcək?
Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək. Bu maraqlı astronomik hadisə zamanı Ay, Yerin kölgəsinin yalnız bir hissəsindən keçəcək və qismən tutulma meydana gələcək.
Minval.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının verdiyi məlumata görə, Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması saat 05:23:55-də başlayacaq, qismən tutulma isə saat 06:33:48-də müşahidə ediləcək. Tutulmanın maksimumu saat 08:12:53-də baş verəcək, qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması isə saat 11:01:41-də sona çatacaq.
Bu astronomik hadisə Avropa, Afrika, Asiya və Amerikadan izlənilə biləcək. Azərbaycanda isə yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsi səhər saat 05:23-dən 05:55-ə qədər, Ay batana qədər müşahidə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026