Atasının qadağalarına baxmayaraq gənc necə cinayətə sürükləndi?
Bakı Ağır Cinayətlər Məhkəməsində Mərakeş Krallığının vətəndaşının qətlində təqsirləndirilən H.M və N.R-in cinayət işi üzrə məhkəmə iclası davam edir. Məhkəmə prosesinə hakim Vüqar Quliyev rəhbərlik edir.
Minval.info xəbər verir ki, dövlət ittihamçısı məhkəmədə ittiham aktını elan edib. H.M özünü qismən təqsirli bilsə də, N.R ittihamları qəbul etməyib.
H.M-in ifadəsinə görə, o, N.R ilə “Gənclik Mall”da tanış olub və dostluq münasibətləri qurub. Hadisə günü N.R əsgərlik işləri ilə bağlı rayondan qayıtdıqdan sonra onunla görüşmək üçün “Sahil bağı”na gedib. Orada digər dostları ilə qarşılaşıblar və mübahisə edən iki əcnəbi ilə rastlaşıblar. H.M özünü müdafiə məqsədilə bıçaq çıxardığını və əcnəbini yüngülcə cızdığını iddia edir. Lakin hadisə nəticəsində əcnəbi vətəndaş həyatını itirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhərinin Səbail rayonu ərazisində baş verib. İttihamda qeyd olunur ki, H.M və N.R parkda Mərakeş vətəndaşları Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq siqaret soruşublar. Mübahisə nəticəsində H.M Tiflaoui İmadı bıçaqla yaralayıb və bu, onun ölümünə səbəb olub.
H.M və N.R Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilib. Növbəti məhkəmə prosesi 15 oktyabr saat 16:00-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək