Almaniyada azərbaycanlı maaşını ala bilmədi, müdirini qaçırdı
Almaniyada maaşını ala bilməyən 44 yaşlı azərbaycanlı şəxs müdirini qaçırmağa cəhd edib. Hadisə Vutterpal şəhərində baş verib.
Məlumata görə, həmyerlimiz 35 yaşlı digər bir azərbaycanlı ilə birlikdə müdirini qaçırmaq üçün plan hazırlayıb. Lakin onun şəriki səhv adamı girov götürüb.
Minval.info xəbər verir ki, hadisə zamanı onlar həmin şəxsi bıçaqla hədələyərək məcburən avtomobilə mindiriblər. Yolda maşını saxlayarkən o, qaçmağa nail olub. İnsident anında girov yüngül xəsarətlər alıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Avqustun 28-də həmyerlilərimiz qaçırılma hadisəsi ilə bağlı Vutterpalda məhkəmə qarşısına çıxarılıblar. Hər iki şəxs təhlükəli bədən xəsarəti yetirmək və azadlıqdan məhrumetmə ittihamları ilə müvafiq olaraq 1 il 7 ay və 1 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.
Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək