Ailənin gözü önündə döyüş: 1 il cəza
Nizami Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Asəf Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən iclasda, Asəf Vəliyevi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Minval.info xəbər verir ki, hadisə 2024-cü ildə, saat 21:30-da Nizami rayonu ərazisində yerləşən bir marketin qarşısında baş verib. Asəf Vəliyev, sifariş etdiyi taksini gözləyərkən, başqa bir müştərinin sifariş etdiyi taksiyə yaxınlaşıb. Bu zaman yolda tıxac yaranıb və “Nissan” markalı avtomobilin sürücüsü Maqsud Nəbiyev, Asəf Vəliyevə yolu boşaltmasını bildirib. Bu xəbərdarlıq Asəf Vəliyevin aqressiv davranışına səbəb olub və o, Maqsud Nəbiyevə nalayiq ifadələr işlədərək, yumruqla zərbələr endirib.
Hadisə Maqsud Nəbiyevin ailəsinin gözü qarşısında baş verib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə burun sümüyünün yerdəyişmiş sınığı və digər xəsarətlər yetirilib. Hadisədən sonra Asəf Vəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İslam Rzayevin həbs müddəti uzadıldı
Mersində 16 yaşlı qızın dəhşətli doğuşu
Almaniyada azərbaycanlı maaşını ala bilmədi, müdirini qaçırdı
Restoranda qardaşları bıçaqlayan şəxsə 4 il həbs
Qaradağda 70 minlik oğurluq: İşçi saxlanıldı
Generalın qızı keçmiş rəisi məhkəməyə verdi
Sabirabadda narkotik bitkilər yetişdirən şəxs həbs olundu