Ailədaxili mübahisə faciə ilə bitdi: Qayınataya yumruq ölüm gətirdi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qayınatasını yumruqla vuraraq öldürməkdə ittiham olunan Orxan Kərimzadənin cinayət işi üzrə qərarını açıqlayıb. Məhkəmə prosesində təqsirləndirilən şəxsə 9 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Minval.info xəbər verir ki, hadisə 2025-ci ilin sentyabr ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib. İttihama əsasən, ailədaxili münaqişə zamanı Orxan Kərimzadə qayınatası İlham Məcidova yumruqla zərbə endirərək onun ölümünə səbəb olub.
Hadisə günü zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə qızının evinə gəlib. Orada baş verən mübahisə zamanı Orxan Kərimzadə qayınatasının sinəsinə yumruq vurub. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, bu zərbə nəticəsində zərərçəkmişin döş qəfəsində ağır xəsarətlər yaranıb və o, daxili qanitirmədən dünyasını dəyişib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Məhkəmədə ifadə verən Orxan Kərimzadə özünü qismən təqsirli bildiyini, lakin qayınatasına qarşı zor tətbiq etmədiyini iddia edib. O, qayınatasının qəfil sinəsini tutaraq yerə yıxıldığını və ona yardım etdiyini bildirib. Orxan, həmçinin qayınatasının bir neçə ay əvvəl ürək əməliyyatı keçirdiyini və ölümün bu səbəbdən baş verdiyini düşündüyünü qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək