“Aİ 95” markalı benzinin bahalaşmasından sonra bəzi sürücülər qənaət yolları axtarmağa başlayıblar. Belə üsullardan biri də bu yanacaq növünə 92 markalı benzinin qatılmasıdır. Ancaq bir çoxları bunun avtomobil üçün zərərli olduğunu düşünür.

Milli Elmlər Akademiyasının Neft-kimya prosesləri institutunun şöbə müdiri Təranə Məmmədovanın sözlərinə görə, Aİ-92, 95 və 98 markalı benzinlərin karbohidrogen tərkibi eynidir. Yəni 92 markalı benzinə digər yanacaq növlərini əlavə etməkləoktan ədədini artırmaq olar.Bu proses heç bir təhlükə və ya ziyan ehtiva etmir. Ancaq Premium markalı yanacağa daha aşağı oktanlı benzin qatmaq arzuolunan deyil.

Təranə Məmmədova bildirir ki, 95 markalı benzinə 92 yanacağı qatdıqda yanma prosesi zəifləyir. Bu da mühərrikin daha tez sıradan çıxmasına səbəb olur.\XəzərXəbər