Ağdaşda qatar faciəsi: Müharibə iştirakçısı öldü
Ağdaş rayonunda baş verən faciəvi hadisə nəticəsində Vətən müharibəsi iştirakçısı həyatını itirib. Hadisə avqustun 29-da, saat 19:30 radələrində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Ləki stansiyası yaxınlığında qeydə alınıb. Qatarın qarşısına qəfil çıxan 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Minval.info xəbər verir ki, mərhum Bədəl Kərimli Vətən müharibəsində iştirak etmiş və “Xocavəndin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdi. O, ailənin tək övladı idi.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qurum insanlara dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməyə çağırır və qaydalara riayət etməyin vacibliyini vurğulayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı və Abşeronda dolu təhlükəsi: FHN xəbərdarlıq edir
Sentyabrda havanın sürprizləri: Yağış, isti, soyuq!
Bakıda leysan və şimşək gözlənilir!
Sabah braziliyalı Du Keyrosu heyətə qatır
2026-cı ildə pensiyalar 10.5 faiz artırılacaq!
Nərmin Ələkbərova BANM-də şöbə müdiri oldu
Çoxuşaqlı ailələrə müavinət: Yeni təkliflər gündəmdə