25.08.2026 - 13:18
Kriminal 16 baxış

Ağdamda sahibkar və işçi narkotiklə yaxalandı

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs və şirkət əməkdaşı narkotik vasitə ilə saxlanılıb. Hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Minval.info xəbər verir ki, rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib. O, izahatında tanışı Elçinlə birlikdə marixuana çəkdiyini bildirib və bu əməldən peşman olduğunu qeyd edib. Tahir Əliyev kiçik sahibkarlıqla məşğul idi.

Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev də saxlanılıb və ondan da qurudulmuş marixuana aşkarlanıb. Babayev izahatında Elçindən 10 manata marixuana aldığını və əvvəllər də bir neçə dəfə bu əməli təkrarladığını etiraf edib.

Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: