Abşeronda kirayə mənzil axtaranlar üçün yeni fürsət: 204 təmirli mənzil təklif olunur
Azərbaycanda kirayə mənzil fonduna 204 yeni mənzil əlavə edilib. Bu mənzillər Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşir və tam təmirli vəziyyətdə vətəndaşlara təqdim olunub.
Minval.info xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən bu mənzillər 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. Mənzillərin seçimi avqustun 12-də saat 15:00-dan etibarən açıq olacaq.
Vətəndaşlar, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə müraciətlərini edə bilərlər. Təhlükəsizlik və şəffaflığın təmin edilməsi məqsədilə, mənzil seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək.
ƏLAQƏLİ
Bakıdakı Məhəmməd Xiyabani küçəsində evlər işarələnib, yeni yol layihəsi hazırlanır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir
Qarabağ Universiteti müəllimin həbsi ilə bağlı açıqlama yayıb
Əvəz Zeynallının dəfn mərasiminin vaxtı və yeri açıqlandı
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub