27.09.2026 - 08:41
Abşeronda avtomobil siqnalı qonşular arasında faciə ilə nəticələndi
Kriminal 7 baxış

Abşeronda avtomobil siqnalı qonşular arasında faciə ilə nəticələndi

Abşeron rayonunda sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında ciddi mübahisə baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub.

Minval.info xəbər verir ki, mübahisə rayon sakini Əli Axundov və qonşusu İbrahim Həmidov arasında yaranıb. Ə. Axundovun oğlu Nadir də münaqişəyə qoşulub və kəsici alətlə İ. Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ. Həmidovun qohumu S. Mamedov da xəsarət alıb. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2009-cu il təvəllüdlü N. Axundov saxlanılıb və istintaqa təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: