20.03.2018 - 17:22
Qəribə 115 baxış

ABŞ sahillərində qəribə dəniz məxluqu aşkarlandı – VİDEO

ABŞ-ın Corciya ştatının sahillərində qəribə dəniz məxluqunun ölüsü aşkarlanıb.

Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Artıq sosial şəbəkələrdə “dəniz bədheybəti” adı verilmiş qəribə məxluqun görüntüsünü dəniz qoruğuna səyahət edən turistlərdən biri lentə alıb.

Videonun müəllifi Amerikalı Cef Uorren əvvəl onun dəniz pişiyi olduğunu sanıb. Habelə gəmi yaxına üzdükdə, sərnişinlər əfsanəvi “Loxnes əjdahası”na bənzəyən uzun boynu və kiçik başı olan məxluqun olduğunu görüb.

Hələlik zooloqlar canlının mənşəyini müəyyən edə bilməyib.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: