"ABŞ-da övladlarıma 4 milyonluq mənzil almağımda səhv yoxdur" - Elmar Məmmədyarov - VİDEO
“Mən hər iki uşağım üçün mənzil almışam”.
Bakupost.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-nin “Üzbəüz” verilişinin efirində sualları cavablandırarkən deyib.
ƏLAQƏLİ
Fidan Hacıyevadan həyat yoldaşı ilə bağlı səmimi etiraf: "Məni hər dəfə məscidə aparırdı"
Daha sonra sabiq nazir sözlərinə belə davam edib:
“Həmişə deyirəm ki, bu mənim şəxsi, ailə məsələmdir. Bəli, uşaqlarım üçün iki mənzil almışam. Düz bir ildir, Amerika bankı ilə təmasda idik. Bu o demək deyil ki, mən çamadanla pul aparmışam, Nyu-Yorkda mənzillər almışam. Evdə buna aid kağızlar, hesabatlar var. Hansı ki, bank mənə o, köçürməni etməyi icazə verdi. Mən də bank köçürməsi ilə mənzilləri almışam. İnanmıram ki, bu pis hərəkət idi. Böyük oğlum indi mənimlə birlikdə yaşayır. Amma kiçik oğlum işlədiyi üçün Nyu-Yorkda qalır. Mən bir ata kimi övladlarıma mülk almalıydım”.
https://youtu.be/iYG6Q4Aje-o
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür