ABŞ-da immiqrasiya viza qadağası ləğv edildi
ABŞ Federal Məhkəməsi, Tramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsinin dayandırılması barədə qərarını qanunsuz hesab edərək ləğv edib. Bu məhdudiyyətlər Azərbaycan vətəndaşlarına da təsir edirdi.
Minval.info xəbər verir ki, Manhetten dairə məhkəməsinin hakimi Dövlət Departamentinin siyasətini “açıq-aşkar qanunsuz” adlandırıb. Hakim bildirib ki, dövlət katibi Marko Rubio yalnız müraciət edənlərin vətəndaşlığı əsasında viza verilməsini qadağan etməklə öz səlahiyyətlərini aşıb.
Hakim qeyd edib ki, qanunvericilik dövlət katibinə konsulluq əməkdaşlarının işinə bu cür müdaxilə etməyə imkan vermir. Ayrı-ayrı dövlətlərin vətəndaşları üçün tam qadağa ərizələrə baxılmasının qanuni proseduruna birbaşa ziddir.
Dövlət Departamenti məhdudiyyətləri yanvar ayında tətbiq etmişdi. Səlahiyyətlilər iddia edirdilər ki, siyahıya daxil edilmiş ölkələrdən olan şəxslərin dövlət üçün maliyyə yükünə çevrilməsi və ABŞ-də sosial yardımdan yararlanması ehtimalı çox yüksəkdir. Məhdudiyyətin Rusiya, eləcə də Latın Amerikası, Balkan, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsi ölkələrindən olan müraciətçilərə də təsiri vardı. O, yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulmuş immiqrasiya vizalarına aid idi və turist vizalarına, eləcə də digər müvəqqəti vizalara şamil edilmirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026