90-cı illərdə hərbi xidmət edənlərə kompensasiya veriləcək?
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədəki çətin ictimai-siyasi və hərbi vəziyyət səbəbindən bəzi şəxslər qanunvericilikdə nəzərdə tutulan müddətdən daha uzun müddət – 2,5, hətta 5 ilədək hərbi xidmətdə qalıblar. Bu şəxslərin uzunmüddətli xidmətlərinin dövlət tərəfindən xüsusi şəkildə qiymətləndirilməsi, onlara medal və ya fərqləndirmə nişanlarının təqdim edilməsi, eləcə də əlavə xidmət etdikləri illərə görə kompensasiya verilməsi üçün mexanizm yaradılması məsələsi gündəmdədir.
Minval.info xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bu mövzuda açıqlama verərək, Azərbaycanın müstəqilliyinin ilk illərində Silahlı Qüvvələrin şəxsi heyətinin müxtəlif müddətlərdə hərbi xidmət keçdiyini bildirib. O, həmin dövrdə bəzi çağırışçıların və müqavilə əsasında xidmət edən hərbçilərin normalda bir və ya bir il yarım xidmət etməli olduqları halda, 2, 2,5, 3, hətta 4 il müddətində hərbi xidmətdə qaldıqlarını qeyd edib.
Ekspertin fikrincə, həmin dövrdə xidmət edən şəxslərin əməyinin qiymətləndirilməsi üçün xüsusi mexanizm hazırlanmalıdır. Bu mexanizm xatirə medalı, fərqləndirmə nişanı və ya digər formada həyata keçirilə bilər. Üzeyir Cəfərov həmçinin Azərbaycanın sonrakı hərbi əməliyyatlarında iştirak etmiş bəzi hərbçilərin də xidmətlərinin tam qiymətləndirilmədiyini vurğulayıb. O, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində iştirak edən döyüşçülərin də layiq olduğu qiyməti almadığını bildirib.
Hərbi ekspert, həmçinin müharibə iştirakçısı statusunun müəyyənləşdirilməsi ilə bağlı mövcud yanaşmanı tənqid edərək, hərbi əməliyyatlarda iştirak edən şəxsin mütləq yaralanmasının onun müharibə iştirakçısı hesab edilməsi üçün əsas şərt olmamalı olduğunu qeyd edib. Üzeyir Cəfərov, döyüşdə iştirak edən şəxsin yaralanıb-yaralanmamasından asılı olmayaraq, onun müharibə iştirakçısı kimi xidmətinin tanınmasının vacib olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib