30.03.2019 - 13:59
Qəribə 122 baxış

55 yaşlı ingilis qadın öz nəvəsini doğdu — VİDEO

İngiltərənin Koventri şəhərində 55 yaşlı Emma Mayls öz nəvəsini dünyaya gətirib.

“Ölkə.Az” xəbər verir ki, Emma uşaqlıq yolu olmayan qızına surroqat analıq edib və nəvəsini doğub. Mayls bildirib ki, qızına hədiyyə vermək üçün surroqat ana fikrini özü ortaya atıb.

İki uşaq anası olan Emma surroqat ana olmaq üçün 38 kilo arıqlayıb və hormonal dərmanlar qəbul edib. Mayls 16 yaşında uşaqlıq yolu olmadığını öyrənən və uşaq sahibi ola bilməyəcəyi üçün qəmgin olan qızına hədiyyə vermək üçün belə bir addım atıb.

Emmanın 31 yaşlı qızı Treysidən götürülən yumurtalar 40 yaşlı nişanlısı Adam Smitin sperması ilə dölləndirilib və embrion Emmanın uşaqlıq yoluna yerləşdirilib.

Evi adı verilən körpə dünyaya gəldikdən iki həftə sonra Treysi və Adam evlənib.

https://www.dailymotion.com/video/x74zo4g

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: