25.08.2026 - 11:12
Ölkə 17 baxış

50 min manatlıq əskinasın dəyəri artır!

Azərbaycanda vaxtilə ən böyük nominallardan biri olan 50 min manatlıq əskinas, bu gün də kolleksiyaçılar arasında dəyərini qoruyur. İlk dəfə 1996-cı ildə tədavülə buraxılan bu əskinas, 2006-cı ilə qədər dövriyyədə olub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetrdir və Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib.

Minval.info xəbər verir ki, əskinasın ön tərəfində Naxçıvan memarlığının məşhur abidəsi – Möminə Xatun türbəsinin təsviri, arxa tərəfində isə milli ornamentlərlə bəzədilmiş çərçivədə nominal dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib. Azərbaycan əskinaslarında ilk dəfə məhz 5 min manatlıq əskinasda seriya nömrələri iki fərqli rəngdə verilib: solda qırmızı, sağda isə qara.

Hazırda bu əskinasın qiyməti, vəziyyətindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə olan nümunələr təxminən 15-20 manata satılır. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik əskinasların qiyməti daha yüksək ola bilər. Xaricdə, xüsusilə onlayn hərraclarda isə qiymətlər daha yüksəkdir. Məsələn, dövriyyədə olmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də “eBay” hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: