4 gün sonra Milli Məclisin iclasıdır - Yaşı 65-i keçən deputatlar sual qarşısında
Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, iclasdan öncə martın 27-də deputatlar test yoxlanışından keçəcək.
İclasın gündəliyində hansı məsələlərin müzakirə ediləcəyi hələlik məlum deyil. Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələ yaşı 65-dən yuxarı olan deputatların iclasda iştirak edib-etməməsidir.
Bildirək ki, Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib.
Deputat Fəzail Ağamalı “Qafqazinfo”ya bildirib ki, əgər imkan yaradılarsa, iclasda iştirak etmək fikri var: “Ancaq bilirsiniz ki, hazırda bununla bağlı qadağa var. Biz təkliflərimizi onlayn da verə bilərik. İstənilən halda yaşı 65-dən çox olan deputatların sayı Milli Məclisdə çoxluq təşkil etmir. Biz iştirak etməsək belə, yetərsay var”.
Qeyd edək ki, VI çağırış Milli Məclisin tərkibində yaşı 65 yaşı tamam olmuş və ondan yuxarı deputatların sayı 31 nəfər təşkil edir.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026