01.09.2026 - 16:20
Kriminal 21 baxış

34 il əvvəl atasını öldürən şəxs həbs edildi

Gədəbəy rayonunda 34 il əvvəl baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. 1992-ci il mayın 31-də Turşsu kəndi yaxınlığında “Bəkdəmir yalı” adlanan ərazidə zorakılıq əlamətləri olan Şahbaz Məmmədovun meyiti aşkar edilmişdi. Həmin dövrdə iş üzrə Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi başlanmış, lakin cinayətkarın müəyyən edilməsi mümkün olmamışdı.

Minval.info xəbər verir ki, 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat yenidən təzələnib və ibtidai istintaq davam etdirilib. Aparılan istintaq hərəkətləri nəticəsində, Çayrəsullu kənd sakini Polad Məmmədovun atasını qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib. O, atasını baş nahiyəsinə ağac parçası ilə vuraraq öldürdüyünü etiraf edib.

Polad Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsindən 94-cü maddənin 6-cı bəndinə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) tövsif edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: