2026-cı ilin son Ay tutulması baş verdi
2026-cı ilin avqust ayında ilin son Ay tutulması baş verib. Bu, qismən Ay tutulmasıdır və Yerin kölgəsi Ayı tamamilə örtmür. Ay tutulması yalnız tam Ay fazasında mümkündür və bu dəfəki tutulma saat 05:23-də başlayıb, 11:01-də sona çatacaq.
Minval.info xəbər verir ki, bu təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunmur. Azərbaycanda isə 05:35-də artıq mülki alaqaranlıq vaxtı olduğundan, Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq və bu müddət yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması adi gözlə çətin seçilir və sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.
2026-cı ildə daha əvvəl baş verən üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulması Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi baş verəcək. Onlardan 21 fevralda baş verəcək yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən, tutulma ölkə ərazisindən qismən Günəş tutulması kimi müşahidə olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB9 rayonun bəzi ərazilərində işıq kəsiləcək
Ağsu aşırımında sürüşmə: Yol bağlandı!
Bağdad-Bakı reysində 866 qutu qanunsuz tütün ələ keçirildi
Elxan Mütəllimov DOST Agentliyində yeni vəzifədə
Qarabağ yeni legionerlərlə güclənir: Transferlər yolda!
Bakıda hava yağmursuz, rayonlarda leysan ehtimalı
Bakıda və bölgələrdə küləkli hava gözlənilir