15 yaşlı Reyhan: İxtiramla bağlı 5 investordan təklif gəlib - Video

Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.
Axar.az xəbər verir ki, 15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.
150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.
Reyhanın ərsəyə gətirdiyi “Reynerci” adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.
Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq “Nobel” mükafatı qazanmaq istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda