13 il əvvəlki qətlin təşkilatçısı məhkəmədə
13 il əvvəl baş vermiş qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib. 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Schilder Vüsal Adolf qəsdən öldürülüb. İstintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu və Talıbov Seymur Teymur oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan beynəlxalq axtarışa verilib və Birləşmiş Ərəb Əmirliklərində tutulub, daha sonra Azərbaycana ekstradisiya edilib.
İbtidai istintaqın tamamlanması ilə Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək