Zidan Ronaldonun vurduğu qol haqqında: “Mənim qolum daha gözəl idi”
“Mənim 2002-ci ilin finalında vurduğum qol daha gözəl idi. Onları sadəcə siz daha çox müqayisə edə bilərsiniz”. Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib.
O, dünən Çempionlar Liqasının ¼ final mərhələsində “Yuventus”a qalib gəldikləri oyundan sonra “sizin 2002-ci ildə vurduğunuz qol daha gözəl idi, yoxsa Ronaldonun “Yuventus”a vurduğu qol” sualına cavab verərkən belə danışıb. Daha sonra fransalı mütəxəssis matç haqqında fikirlərini açıqlayıb: “Ronaldo hər zaman eynidir. Gücünü göstərməyi bacarır. Buffon da dünyanın ən güclülərindəndir. Belə oyunçular qarşısında papaq çıxarmaq lazımdır. Ronaldonun qoluna gəlincə, bu, futbol tarixinin ən gözəl qollarından biridir. Mən “Real”ın məşqçisi, dünya futbolunun fanatıyam. Nə zaman futbolda gözəllik görsəm, sevinirəm. Bu cür gözəl qoldan sonra əlimi başıma qoymağım təbii idi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq