Zidan: “Real” “Liverpul”la görüşün favoriti deyil

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının final görüşündən öncə KİV nümayəndələrinin suallarını cavablayıb.
Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Zidan komandasını favorit görənlərlə razılaşmadığını və şansların bərabər olduğunu diqqətə çatdırıb:
“Finala çıxmaq asan olmadı. Yenə Çempionlar Liqasının həlledici görüşündə oynayacağımız üçün hədsiz sevinc içindəyik. Ronaldo? O belə matçlar üçün, belə görüşlərdə iştirak etmək üçün yaşayır. Kriştianu tamamilə sağlamdır və oynamağa hazırdır.
Hesab etmirəm ki, “Real” bu görüşün favoritidir. “Liverpul” kimi şanslarımız 50/50-dir. Finalda konkret favorit olmur, şanslar bərabərdir.
Yürqen Klopla müqayisə olunmağım? Mən oyunçu kimi daha yaxşı olmuşam. Məşqçi kimi isə… Bütün məşqçilər fərqlidir, Klopa çox hörmətim var”.
Qeyd edək ki, “Liverpul” – “Real” görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldu Sinqapurda azarkeşi tutan polisi vurub - VİDEO
“Yuventus” yeni futbolçusunu təqdim edib
Ramil Quliyevdən daha bir böyük uğur
UFC prezidenti Həbib Nurməhəmmədovla bağlı qərarını açıqladı
Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı
"Qarabağ" və "Neftçi"nin qış toplanışı üçün hazırlıq planı bəlli olub
Avtobusa verməyə pul tapa bilmirdi, indi milyonları var - FOTOLAR