11.05.2018 - 23:31
İdman 1 baxış

Zidan: "Neymar və Ronaldo bir yerdə oynaya bilər"

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan hesab edir ki, braziliyalı Neymar Madrid klubuna keçəcəyi təqdirdə hücumçu Kriştianu Ronaldonun onunla oynamaqla bağlı heç bir problemi olmayacaq.

“Report” xəbər verir ki, fransalı məşqçinin sözlərini “Goal” nəşri sitat gətirib.

“İndi yalnız baş verənlərə görə narahatlıq hissi keçirirəm. Finaldan sonra gələcək mövsüm və hansı dəyişikliklərin baş verə biləcəyi barədə rəhbərliyimizlə danışacağıq. Ancaq indi Neymar və digər futbolçular barədə danışa bilmərəm”.

Yaxşı futbolçular həmişə bir-birinə uyğun gəlir. Yadımdadır ki, Corkaeflə mənim bir yerdə oynaya bilməyəcəyimi deyirdilər, amma sonra Dünya kubokunu qazandıq. Yaxşı oyunçular həmişə birlikdə oynaya bilirlər. Meydanda komanda kimyası əhəmiyyətlidir.

“Real”ın Neymarın transferi ilə bağlı danışıqlar aparıb-aparmadığını bilmirəm. İndi bizi hazırda baş verənlər narahat edir. Mən bunu şəxsən Neymardan soruşmamışam, çünki bu işlərdə iştirak etmirəm. Biz bu mövsümü bitirməliyik, qalan digər məsələlərlə sonra məşğul olacağıq “, – deyə Zidan bildirib.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: