Zaqatalada avtomobil ağaca çırpıldı, sürücü yandı
Zaqatalada baş verən ağır yol qəzası nəticəsində sürücü sükan arxasında yanaraq həyatını itirib. Hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinə giriş hissəsində qeydə alınıb.
Minval.info xəbər verir ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobil yanmağa başlayıb və sürücü Ə. Mülkümov aldığı ağır xəsarətlər və yanğın səbəbindən hadisə yerində həyatını itirib.
Yanğın Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ə. Mülkümovun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı