16.01.2018 - 21:30
İdman
21 baxış
Zabit Səmədov onu qələbəyə aparan çətinliklərdən danışacaq
Sabah YARAT Mərkəzində məşhur Azərbaycan döyüşçüsü, kikboksçu Zabit Səmədov qonaq olacaq.Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, görüş zamanı Zabit Səmədov öz idman təcrübəsi və nailiyyətlərindən, qələbəyə aparan çətinliklərdən söz açacaq. Həmçinin, Zabit hazırda YARAT Mərkəzində nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” sərgisi ilə bağlı təəssüratlarını bölüşəcək.
Zabit Səmədov 1984-cü ildə Gürcüstanda azərbaycanlı ailəsində dünyaya göz açıb. 9 yaşından idmana maraq göstərməyə başlayıb. Əvvəllər o, məşqçi Əziz Dursunovun rəhbərliyi ilə 6 ay karate ilə məşğul olub. Sonra isə Zabit muay-tay idman növünə üz tutub. 1998-ci ildən etibarən o, Minskdə məşhur “Çinuk GYM” klubunda fəaliyyətini davam etdirir. Orda onu dünya çempionu Dmitri Pyaçeski məşq etdirir. Səmədov idman karyerasında peşəkar kikboksinq üzrə bir neçə dəfə dünya və Avropa çempionu, Qran-Pri mükafatının sahibi olub.
Qeyd edək ki, tədbir saat 19:00-da başlayacaq. Nəzərinizə çatdıraq ki, giriş sərbəstdir, lakin yerlərin sayı məhduddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54