Zəfər yolunu birləşdirən körpülər- İşlər son sürətlə davam edir - FOTOLAR
Bu gün bir qrup media nümayəndəsinin Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil olunub.
“Yeni Müsavat” Media Qrupunun əməkdaşları da media turda iştirak ediblər.
Səfər zamanı media nümayəndələrinə Zəfər yolunun tikintisi ilə bağlı görülən son işlər barədə məlumat verilib.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli və regional əhəmiyyətli şöbənin rəisi İlham Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, artıq Zəfər yolunda işlərin 80 faizə yaxını başa çatmaq üzrədir.
Media nümayəndələri yolun 37-ci kilometrliyində inşa edilən iki körpünün inşaat işləri ilə də tanış olublar.
İlham Süleymanov deyib ki, yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib və yol konstruksiyasının işlərinə başlanılıb.
“Zəfər yolunda 4 körpü var. Onlardan üçünün tikinti işlərinin 75 faizi artıq həyata keçirilib.
Hazırda dayandığımız körpünün altından Şuşaya ikinci yol çəkilməsi nəzərə tutulub”.
İ.Süleymanov qeyd edib ki, Zəfər yolunun əvvəlcədən elan edilən tarixdə- avqust ayında tamamlanması nəzərdə tutulub.
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Xatırladaq ki, iyun ayının 15-də prezident İlham Əliyev Füzuli rayonuna səfər edərək yenidənqurma işləri ilə tanış olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ

