Yığmamızın oyunçusu Türkiyədə bombardir oldu
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında II dövrəyə start verilib.
Çempionatın XII turu Azərbaycan millisinin oyunçuları üçün fərqli nəticələrlə başa çatıb. Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Bursa BŞB”nı qəbul edib. Gərgin keçən matç İstanbul təmsilçisinin 3:2 (20:25, 23:25, 25:13, 25:13, 15:9) hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın hücumçusu 24 xalla görüşün bombardiri olub.
“Seramiksan”da çıxış edən millimizin kapitanı Odina Bayramova isə eyni hesabla məğlub olub. “Çanakkale Bld” klubunu qəbul edən komanda hesabda 2 dəfə irəli çıxsa da, sonda cəmi 1 xalla kifayətlənib – 2:3 (26:24, 22:25, 28:26, 20:25, 11:15). Bayramova “Seramiksan”a 15 xal qazandırıb.
“Beşiktaş”ın şərəfini qoruyan Marqarita Əzizova “İlbank”la səfər görüşündə meydana çıxmayıb. Onun komandası 3:0 (25:18, 25:15, 25:16) hesabı ilə qalib gəlib.
“Beylikdüzü”nun formasını geyinən Yana Kulan isə XII turu xalsız başa vurub. Güclü “Əczaçıbaşı” ilə qarşılaşan komanda 0:3 (18:25, 14:25, 13:26) hesabı ilə uduzub. Hücumçumuz oyunda 9 xal toplamaqla, “Beylikdüzü”nun ən yaxşısı olub.
Beləliklə, XII turdan sonra 31 xala malik “Fənərbaxça” 3-cü yerdə qərarlaşıb. 16 xalı olan “Beşiktaş” 6-cı, onlardan 3 xal az toplayan “Beylikdüzü” 9-cudu. Cəmi 11 xal toplayan “Seramiksan” isə 10-cu yerdədi. Apasport.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
Messi Argentinada milli karyerasına son qoydu
Sonq Yadonq və Nurmaqomedovlar arasında gərgin anlar!