"...Yaxşı nəticə əldə edəcəyik" - Yunis Hüseynov

“Kəpəz”in baş məşqçisi postunda Gəncədə debüt edəcəyim üçün həyacanlı deyiləm. Çünki mənim üçün doğma yerə, evimə gəlmişəm. Son günlərdə verdiklərə dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlara səslənib “Qəbələ” ilə oyunumuza dəvət edirəm. Stadiona gəlib komandaya azarkeşlik etmələrini istəyirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 13-cü turunda “Qəbələ” ilə oyun öncəsi klubun saytına deyib.
O, komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: “Kəpəz”i yeni qəbul etmişəm, cəmi 4 məşq keçmişik. Görürəm ki, əhval-ruhiyyə yaxşıdır. Amma itkilərimiz var. Cəza və zədə səbəbindən bəzi futbolçular bizə kömək edə bilməyəcəklər. Onların yoxluğu komandaya çətinlik yaradacaq. Futbolçuların əhval-ruhiyyəsindən hiss edirəm ki, komanda yaxşı nəticə əldə edəcək. Bizim fikrimiz qalib gəlməkdir. Uşaqlar da vəziyyəti yaxşı başa düşürlər. Oyunçular mübarizə keyfiyyətlərini ortaya qoyub, yaxşı çıxış etməlidirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır